14 min 600-dən çox balığı yararaq tədqiqat apardı
20 Noyabr 2012 12:34 İqtisadiyyatAMEA Zoologiya İnstitutunun Su heyvanları şöbəsi və İxtiologiya laboratoriyasının müdiri, professor Şaiq İbrahimovun "Xəzər dənizi balıqlarının parazit və xəstəlikləri (ekoloji-coğrafi təhlil, epizootoloji və epidemioloji qiymətləndirilmə)" monoqrafiyası rus dilində nəşr olunub. Yeni nəşrdə müəllifin 35 il ərzində Xəzərdə 93 növ və yarımnövə aid 14 min 600-dən çox balığı parazitoloji üsullarla yararaq apardığı tədqiqatların nəticələri öz əksini tapıb. Monoqrafiyada Xəzər dənizi balıqlarının parazitlərinin öyrənilmə tarixi açıqlanıb, balıqların parazit faunasının təbii və antropogen amillərdən asılılığı, ixtioparazitlərin təbiətdə dövriyyəsi, Xəzərin müxtəlif rayonlarında onların müqayisəli ekoloji xarakteristikası və parazit faunasının uzun illər ərzində dəyişmə qanunauyğunluqları göstərilmiş, balıqların müasir parazit faunasının formalaşmasının nəzəri rekonstruksiyası aparılmış, balıqlarda xəstəlik törədən və insan üçün təhlükəli olan növlərin ətraflı icmalı verililib. ("OLAYLAR"İA)