Azərbaycan alimləri Vyana şəhərinə gedir
20 Noyabr 2012 12:28 İqtisadiyyatRadiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov və institutun direktor müavini, fizika-riyaziyyat elmləri namizədi İbrahim Qabulov dekabrın 4-dən 9-na kimi Avstriyanın paytaxtı Vyanada səfərdə olacaqlar. Səfər çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Vyanada yerləşən mənzil-qərargahında institutda icra olunan layihələr haqqında məlumat veriləcək və gələn ilin planları müzakirə olunacaq. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31