Rusiyada maaşların nağd ödənilməsi qadağan olunacaq

Rusiya Maliyyə Nazirliyi yanında qeyri-nağd ödənişlərin inkişafı məsələləri üzrə işçi qrup hesablaşmaların məcburi şəkildə bank kartları vasitəsilə aparılmasına dair qanun layihələri hazırlayıb. "APA-ECONOMICS"in "Vedomosti"yə istinadən xəbərinə görə, layihələr Əmək Məcəlləsinə maaşların nağd ödənilməsinin qadağan edilməsi kimi düzəlişləri də əks etdirir.İstisnalar yalnız əməkdaşlarının sayı 35-dən (ticarət müəssisələri üçün 20-dən) az olan kiçik biznes və əlçatmaz yerlərdə yerləşən şirkətlər üçün olacaq. Dəyişikliklərin 2013-2014-cü illərdə başa çatdırılması nəzərdə tutulur.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31