Mənzillər başqa sakinlərə satılmayıb - TƏKZİB

“AENT-E MMC” təkzib edir

Mətbuatda "Ələsgəroğli-K" tikinti şirkətinin bir qrup şəxsi aldatması ilə bağlı məlumat yayılıb. Məlumatda bildirlir ki, Xətai rayonu Gəncə prosperkti 29\35A ünvanda tikilən binadakı evlər başqa sakinlərə satılıb. "AENT-E MMC" şirkətinin mətbuat katibliyindən "OLAYLAR"a bildiriblər ki, Kazım Kazımzadənin rəhbərlik etdiyi "Ələsgəroğlu-K" şirkəti tərəfindən həyata keçirilən yarımçıq tikililərin təhvil götürülməsi 2012-ci ilin may ayında razılaşdırılaraq sakinlərin iştirakı ilə keçirilən iclasda protokolla qərarlaşdırılıb. Bununla bina Əkbər Cəfərovun direktor olduğu "AENT-E MMC" tərəfindən təhvil götürülüb. Beləliklə tikintinin yarımçıq qalan işlərinin mühüm hissəsi görülüb: "Təkrar satılan mənzillərin sənədləri və ödəniş məbləğinin geri qaytarılması həyata keçirilib, zərər çəkmiş 465 sakindən 450-si mənzillə təmin olunub. 10-15 narazı sakinə isə bildirilib ki, ya ödədikləri məbləği geri götürsünlər, ya da borclarını ödəyib mənzillərini alsınlar. Təəssüflər olsun ki, bir nüçə sakin irəli sürülən heç bir təklifi qəbul etməyərək şantaj və böhtan yolunu seçib". Məlumatda o da bildirilir ki, "AENT-E MMC"-nin direktoru Əkbər Cəfərovun Kazım Kazımzadənin xalası oğlu olması barədə məlumatın heç bir əsası yoxdur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31