AİB içməli suyun tədqiqatını aparacaq
16 May 2012 17:57 İqtisadiyyatAzad İstehlakçılar Birliyi Avropa İttifaqının dəstəklədiyi "Qubanın dağ kəndlərinin davamlı inkişafının bələdiyyə və QHT modeli" layihəsi çərçivəsində hazırda bir neçə kəndə yol çəkilməsi ilə bağlı Dövlət İnvestisiya Fonduna məktub göndərib. Bu baradə "OLAYLAR"a məlumat verən AİB sədri Eyyub Hüseynov bildirdi ki, yolların çəkilməsi prosesini reallaşdırmaq üçün Dünya Bankı ilə də iş aparılır. AİB sədri yaхın vaхtlarda içməli suların tədqiqatlarını aparacaqlarını, bunun üçün Türkiyədən müstəqil laboratoriya gətirdiklrini də bildirdi. AİB sədri onu da bildirdi ki, onlar ölkəyə anoloqu olmayan filtrlərlər gətirib. Şəbəkəyə qoşulmayan, elektrikdən istifadəsinə ehtiyac olmayan filtrlərin bir hissəsi humanitar yardım kimi kənd yerlərində paylanacaq. AİB sədri belə deyir: "Filtrlər suyu pestisidlərdən, nitridlərdən, ağır metallardan təmizləyib, əhaliyə çatdıracaq".