“İpək yolu”nda yük və sərnişindaşımaların həcmi artıb

Cari ilin yanvar-sentyabr aylarında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 42,1 milyon ton və ya ötən ildəkindən 5,4 faiz çox yük, 194,9 milyon nəfər və ya 8,1 faiz çox sərnişin daşınıb. Bu barədə Statistika Komitəsundən "Olaylar"a verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 44,4 faizi avtomobil, 37,3 faizi dəmir yolu, 18,3 faizi dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 7,4 faiz, dəmir yolu nəqliyyatında 6,2 faiz artım qeydə alınıb.  Dəhliz vasitəsilə daşınmış yüklərin 27,8 faizini və ya 11,7 milyon tonunu tranzit yüklər təşkil edib.  Yük daşımaları fəaliyyətindən 318,6 milyon manat, sərnişin daşınmasından isə 61,3 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 19,0 faiz və 8,9 faiz artıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31