Maliyyə sanksiyası tətbiq edildi

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 19 ünvanında Necmettin Erişenə və Binəqədi rayonu, Atatürk prospekti, 60 ünvanında Aysel Əsədovaya məxsus mağazalarda aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu sahibkarlar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Necmettin Erişenə 435 manat, Aysel Əsədovaya isə 330 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31