İstehlaka yararsız məhsullar məhv edildi
19 Noyabr 2012 15:35 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı növbəti monitorinqlər zamanı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 57 ünvanında yerləşən "Fidan market"də 23 çeşiddə ümumi çəkisi 45 kq-dan artıq olan saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Bundan başqa, mağazada satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir.
Qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31