Dünya Bankından fəlakət xəbərdarlığı
19 Noyabr 2012 15:19 İqtisadiyyatDünya Bankı növbəti hesabatını açıqlayıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bi dəfəki hesabat əsasən qlobal istiləşməni özündə əks etdirib. Hesabatda qeyd olunur ki, 2060-cı ilə qədər qlobal istiləşmə daha da sürətlənəcək və dünya miqyasında istilik daha 4 dərəcə artacaq. Bunun dünyada ciddi problemlərə gətirib çıxaracağını vurğulayan bank rəsmiləri ekologiya və texnologiya istiqamətində sərmayə yatırmaq istəyən ölkələrə kredit ayırmağa hazır olduğunu da açıqlayıb. Bankın heabatında bildirilir ki, adekvat tədbirlər görülməyəcəyi təqdirdə artan dəniz səviyyəsi Hindistan, İndoneziya, Madaqaskar, Meksika, Mozambik, Filippin, Venesuela və Vyetnamı təhlükələr qarşısında qoyacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31