Mağazalarda satılan konservləşdirilmiş məhsulların yoxlanılmasına başlanılıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda mağazalarda satılan konservləşdirilmiş zeytun, turşu və digər konserv məhsullarını yoxlamağa başlayıb. RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, monitorinq zamanı həmin məhsulların istehsalında sterilizasiya qaydalarına əməl edilməsi, təhlükəsizlik və fiziki-kimyəvi göstəriciləri araşdırılacaq. Onun sözlərinə görə, monitorinq mayın 24-dək davam edəcək.  İ. Abdullayev mağazalarda satılan suxarı, çipsi, uşaq qidaları və spirtli içkilərin monitorinqlərinin nəticələrini də açıqlayıb. O bildirib ki, müayinələrin nəticələrinə əsasən, bu məhsulların tərkibi normaya uyğun olub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31