BBC 300 min dollar cərimə ödəyəcək
16 Noyabr 2012 18:47 İqtisadiyyatBBC "Newsnight" verilişində Mühafizəkarlar Partiyasının üzvü Lord Alister Makalpaynı haqsız yerə pedofillikdə günahlandırdığına görə 300 min dollar cərimə ödəməyə razılıq verib.
"Azadinform" xəbər verir ki, BBC-nin uşaq evlərindən birində çəkiliş apararaq Marqaret Tetçer dövrünün deputatlarından birini uşaqları cinsi istismarda ittiham etməsi yayım şirkətinin 90 illik tarixindəki ən böyük böhranlardan birinə səbəb olmuşdu. Pedofilya qalmaqalından sonra BBC-nin baş direktoru Corc Entvistl və daha iki yüksək vəzifəli işçi vəzifəsindən istefa verib. Keçmiş parlament üzvü Makalpayn məsələyə münasibət bildirərək BBC-lə tez və erkən razılığa gəldiklərinə görə şad olduğunu söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31