Fond sədri əmək haqlarının aşağı göstərilməsindən narahatdır

"Azərbaycanda  əmək haqları real məbləğdən təqribən 2-2,5 dəfə aşağı göstərilir. Statistik məlumatlara əsasən, Azərbaycan əhalisinin illik gəlirləri 30,660 mlrd. manat təşkil edir və bunun yalnız 23%-i əmək haqqıdır. Halbuki Rusiyada bu rəqəm 69%, Qazaxıstanda 71%, Avropada isə ümumilikdə 60%-dir". Bunu deyən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun sözlərinə görə, rəsmi statistikaya görə, iqtisadiyyatda məşğul olanların cəmi 31,7%-i müqavilə əsasında muzdla işləyənlərdir. Rusiyada isə bu rəqəm 89%, Moldovada isə 90% -dir: "Bu isə onun nəticəsidir ki, iqtisadiyyatda çox böyük iş yerlərinin açılmasına baxmayaraq, bu iş yerləri gəzlədilir və onlara verilən əmək haqları əksini tapmır. Dövlət başçısının bununla bağlı ciddi  tapşırığından sonra tədbirlərə başlandığını və bir neçə ay ərzində 180-190 min nəfərlə yenidən əmək müqaviləsinin  bağlanması təmin olundu. Bu müqavilələrin 160 mini Vergilər Nazirliyi, 30 minə yaxını isə Dövlət Əmək Müfəttişliyi tərəfindən təmin edilib". Fond sədri belə halların qarşısını almaq məqsədilə sosial sığorta haqqında qanuna dəyişiklik edilməsini təklif edib. Bildirib ki, burada  söhbət iqtisadiyyatın müxtəlif sahələri üzrə əmək haqqı fonduna hasilatda nəzərdə tutulan normaların tətbiqindən gedir. Bizim hesablamalarımıza görə, belə bir addım atılarsa, Fondun məcburi dövlət sığorta ödəmələri üzrə gəlirlərinin ən azı iki il ərzində 80-90% artırılması mümkündür".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31