Yeraltı bank aşkarlandı VIDEO
Moskvada fəaliyyət göstərən bankda indiyədək 8 milyard dollar məbləğində əməliyyat aparılıb
16 Noyabr 2012 19:00 İqtisadiyyatMoskva polisi qanunsuz fəaliyyət göstərən bank aşkarlayıb. Həmin bank illərlə yerin altında müştərilərə xidmət göstərərək, milyardlarla dollar əməliyyat aparıb. Yeraltı bankın kirayə götürdüyü ofis vasitəsilə 2 il müdətində normal bir bank kimi müştərilərinə xidmət göstərdiyi bildirilib.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmisi bankın 20-dən çox şirkətlə çalışdığını və maliyyə məsuliyyətində olmayan, kağız üzərində bir bank olduğunu açıqlayıb. Bundan başqa bankın indiyə qədər 25 vilyard rubl, yəni 8 milyard dollar məbləğində əməliyyat apardığı da məlum olub. Bankın qurucusu olduğu bildirilən və nəzarətə götürülən şəxs məhkəməyə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31