"Azəriqaz" qış rejiminə keçdi VIDEO

Ölkənin, xüsusilə də paytaxtın qışa hazırlığı yenə də aktuallaşıb

Ölkənin, xüsusilə də paytaxtın qışa hazırlığı yenə də aktuallaşıb. Qışda ortaya çıxan problemlərin həlli isə məhz havalar soyuyandan sonra yada düşür. Bəs qış mövsümündə qazdan, işıqdan əziyyət çəkən əhalini bu il nə gözləyir. "Azəriqaz" İstehsalat Birliyinin şöbə müdiri Tahir Əliyevin sözlərinə görə, "Azəriqaz" artıq yaz-yay aylarından qarşıdakı qışa ciddi hazırlıq görməyə başlayıb. Bu gündən etibarən isə qış mövsümunə keçidlə bağlı xüsusi rejim tətbiq olunub. Eyni zamanda dekabr ayının 15-dək qazdan təhlükəsiz və səmərəli istifadə aylığına start verilib: "Harda ki, texniki probelm yoxdur orada qazla bağlı problem olmayacaq, amma həll edirik, qaz ehtiyatımız var. Havalar soyusa, hər ailəyə 7,4 kub əlavə qaz artırılacaq".

"Bakı Elektrik Şəbəkə" ASÇ də bu gündən qış rejiminə keçib. Qurumun Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, son 6 ildə "Bakı Elektrik" ASÇ-nin apardığı yenidənqurma işləri, tikilən yarımstansiyalar, kabel xətlərinin çəkilişi, yeni trasformatorların quraşdırılması abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatına imkan verəcək.
"İki növbəli rejimə keçmişik, 199 xətt var, 24 saat fasiləsiz işləyirik", - deyə Tanrıverdi Mustafayev bildirib.
Bu gündən etibarən "Azəristilik Təchizat" Səhmdar Cəmiyyətinin balansında olan yaşayış məntəqələri, səhiyyə obyektləri, məktəb və bağçaların da istiliklə təchizatına başlanılıb. "Azəristilik Təchizat" Abonent və Müştəri Xidmətinin rəisi Rafiq Əliyev deyir ki, qarşıdakı qış mövsümündə əhalinin istilik sistemi ilə təchizatında heç bir problem olmayacaq. Qısası, bütün aidiyyatı qurumlar söz verir ki, bu qış kommunal xidmətlər sarıdan korluq çəkməyəçəyik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31