Türkmənistandan İrana qaz ixracının dayandırıldığı açıqlandı

İranın neft naziri Rüstəm Qasımi noyabrın 14-də jurnalistlərə açıqlama verib. O, Türkmənistanın İrana qaz ixracını dayandırdığını bildirib.
"Media forum" saytının məlumatına görə, qaz ixracının dayandırılmasının səbəbinə toxunmayan Rüstəm Qasımi əhalinin çətin bir qışla üz-üzə qalacağını vurğulayıb: "Ötən qış əhalinin yanacağa olan ehtiyacını təmin etmək üçün çox səy göstərdik. Lakin bu il şərait daha çətin olacaq".
İran Milli Qaz Şirkətinin icraçı direktoru Cavad Oci isə jurnalistlərə açıqlamasında bildirib ki, Türkmənistan ötən qışdan bu yana İrana qaz satışını 52 faiz azaldıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31