Milli Məclis 2013-cü ildə 18 milyon 529 min manat xərcləyəcək

Milli Məclisin 2013-cü il üçün xərclər smetası 18 milyon 529 min manat təşkil edəcək. Bu barədə məlumatı parlamentin   İşlər İdarəsinin müdiri Firdun Hacıyev verib. Milli Məclisin  Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, prezidentin qayğısı sahəsində Milli Məclis əla hala gətirilib: "Komitə sədrlərinə yeni avtomoobillərin verilməsi təqdirəlayiq haldır. Biz köhnə avtomobillərdə rayonlara gedirik. Özümüz də bəzən xəcalət çəkirdik. Bizim deputat həmkarlarımızın bir qrupu ezamiyyətdən yorulublar. Bir qrup isə xaricə ezamiyyətə getmək istəyir. Fikrimcə, bu məsələyə diqqət olunsa pis olmazdı. Bu məsələyə də vəsait ayrılsa yaxşı olar". Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, ezamiyyə xərcləri xeyli artmalıdır. Xatırladaq ki, Milli Məclis 2013-cü il büdcə layihəsinə yenidən baxmaq və təklifləri nəzərə almaq üçün noyabrın 30-dək vaxt verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31