Gələn il yaşayış minimumu 116, ehtiyac meyarı isə 93 manat olacaq
15 Noyabr 2012 16:17 İqtisadiyyat2013-cü ildə yaşayış minimumu 116, ehtiyac meyarı isə 93 manat olacaq . Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2013-cü il üzrə ölkə üzrə yaşayış minimumu 116, əmək qabiliyyətli əhali üçün 125, pensiyaçılar üçün 94, uşaqlar üçün 93 manat təklif edilir. Bu göstəricilər 2012-ci illə müqayisədə 7,4 faiz çoxdur. Deputat Əli Məsimli isə bu rəqəmlərin yenidən işləməsini təklif edib. O, deyib ki, bu göstəricilərin reallığa uyğun olması üçün real addımlar atılmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31