Fond sədrindən etiraf

İş yerləri və əmək haqları gizlədilir

"İqtisadiyyatda böyük iş yerlərinin açılmasına baxmayaraq, iş yerləri qeydiyyatdan gizlədilir". Bunu deyən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun sözlərinə görə, əsas məsələlərdən biri də real əməkhaqqılarının gizlədilməsidir: "Azərbaycanda məşğul əhalinin yalnız 31,7 faizi müqavilələr əsasında muzdla işləyənlərdir. Cədvəllərdə əməkhaqqları real əməkhaqqlarından 2 dəfədən  aşağı göstərilir. Belə halların qarşısı alınmalıdır".  DSMF sədri təklif edib ki, belə halların qarşısının alınması üçün iqtisadiyyatın sahələrinə uyğun olaraq minimum əməkhaqqını müəyyənləşdirəcək normalar hazırlanmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31