Metsamor atom elektrik stansiyası regon üçün təhlükə mənbəyidir
16 May 2012 13:45 İqtisadiyyat"Region üçün çox təhlükəli olan Ermənistandakı Metsamor atom elektrik stansiyası böyük fəlakətə səbəb ola bilər". Bunu millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Gürcüstanın Batumi şəhərində "ATƏT regionunda davamlı iqtisadi əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi" mövzusunda keçirilmiş konfransda səsləndirib. Millət vəkili tədbir iştirakşılarına stansiyanın regionda yaratdığı təhlükə haqqında Seulda keçirilmiş sammitdə və BMT TŞ-da səslənmiş fikirləri çatdırıb: " Zəngin təbii ehtiyatlara malik olan ölkəmiz isə bərpa olunan enerji mənbəyi vasitəsilə enerji istehsalına böyük önəm verir. Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün respublikamızda hər cür şərait mövcuddur. Bu gün artıq bir neçə külək generatoru quraşdırılıb, günəş enerjisi panelləri istehsal edən zavodun inşası başa çatır. Burada itsehsal ediləcək qurğuların satışı təkçə Azərbaycan üçün deyil, Avropa bazarı üçün nəzərdə tutulub."