Maliyyə naziri Zeynəb Xanlarovaya cavab verdi

Maliyyə naziri Samir Şərifov millət vəkili  Zeynəb Xanlarovanın iki gün əvvəl dövlət büdcəsinin müzakirəsi zamanı hökumətə ünvanladığı sualı cavablandırıb: "Zeynəb xanım sual etdi ki, bu büdcənin müəllimlərə, həkimlərə, alimlərə, təqaüdçələrə bir xeyri olacaqmı? Mən də cavab verirəm ki, bəli, olacaq. 2004-dən başlayaraq sosial məsələlərin həllində böyük nailiyyətlər əldə edilib. Cənab prezident tərəfindən minimum əmək haqqı, büdcədən əmək haqqı alan vətəndaşalrın əmək haqları və təqaüdlər 11 dəfə artırılıb. Bu ənənə 2013-cü ildə də davam etdiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31