Samir Şərifov millət vəkillərinə cavab verdi
15 Noyabr 2012 13:58 İqtisadiyyatMilli Məclisin noyabrın 15-də davam edən 2013-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deputatların büdcə məsələlərilə bağlı suallarını cavablandırıb. Nazir millət vəkilləri tərəfindən büdcədə neftin qiymətinin 100 dollar həcmində saxlanılması ilə bağlı narahatlıq doğuran fikirləri şərh edib. S.Şərifov bildirib ki, Azərbaycanda büdcə daxilolmaları manatla verilir: "Büdcə daxilolmaları vergi , gömrük neft transfertləri və digər gəlirlər manatla daxil olduğuna görə, büdcənin neft qiymətlərindən asılılığı yoxdur"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31