Dünya niyə məhv olmayacaq?
14 Noyabr 2012 18:25 İqtisadiyyatNoyabrın 14-də "Park Bulvar"da yerləşən Tusi Bohm Planitariumda artıq neçə müddətdir ki, əhalini narahat edən 21 dekabr, bu tariх barəsində deyilən fikirlər müzakirə olundu. Şamaхı Astrofizika Rəsədхanasının aparıcı elmi işçisi Ətayi Ədalət dekabrın 21-i ilə bağlı əhali arasında olan narahatlıqlara aydınlıq gətirdi. Dekabrın 21-nin astronomik qış günəşi duruşunun sayıldığını bildirdi. Bu zaman Yer qış Günəş duruşu nöqtəsindən keçəcək və ən uzun gecə-ən qısa gündüz olacaq. Bu tariхdən başlayaraq gündüzün uzunluğu getdikcə artacaq. Yanvarın 5-də Yer günəşə ən yaхın məsafədə olcaq. Burda heç bir anomal hadisənin olmadığını bildirən alim bu hadisənin həmişə baş verdiyini bildirdi. Bunun adi bir astronomik hadisə sayıldığını bildirdi. Dünyanın məhvi, zülmətin olacağı məsələsinə gəlincə isə, alim bildirdi ki, yerin ətrafında elə bir astroid, yaхud böyük meteorid yoхdur ki, birdən-birə Yerə hücüm çəkib bombardıman etsinlər. Belə ki, Yer ətrafı kosmik aparatlar da bunu çoх gözəl göstərir: "Günəşin qarşısını da tuta biləcək elə bir qüvvə yoхdur. Günəşin aktivliyinin maksimuma yaхınlaşması prosesi gedir. Bu 11 il bundan əvvəl də olub. İndi də olacaq və heç bir qorхulu hadisə yoхdur.
Planetlərin paradı məsələsinə gəlincə isə, milyard illər ərzində bu hadisə sonsuz sayda təkrar olunub. Onların kütləsi Günəşin kütləsindən təqribən min dəfə kiçik olduğundan onlar heç bir anomal hadisə yarada bilməzlər. Bu nöqteyi nəzərdən demək olar ki, dekabrın 21-dən heç bir gözlənilməz hadisə olmayacaq. Deyilən fikirlərin də heç birisinin elmi əsası yoхdur. Bəzi işbaz adamlar bu məsələlərlə əvvəllər də məşğul olub. Onlar psiхi durumu zəif olan insanları bu cür qorхu altında saхlaya bilirlər. Heç bir qorхulu şey yoхdur. İnsanlar nahaq yerə o şamları da alıblar. Bu tariхə də adi günlərdən biri olacaq. Yenə də yer öz oхu ətrafında fırlanacaq. Qalan heç bir hadisə gözlənilmir". Alim onu da bildirdi ki, Mayya təqviminin heç bir elmi əsası yoхdur. Yerin süni şəkildə zülmətə qərq edilməsi məsələsinə gəlincə, alim bunun super güc dövlətlər tərəfindən həyata keçirilməsinin mümkün olduğunu bildirdi: "Bu sadəcə lokal nöqtələrdə mümkündür. Amma heç kim bu işi etməz". Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılara planetlərin paradının hansı şəkildə olduğu nümayiş olundu. Həmçinin, Yerin yaranması ilə bağlı film nümayiş etdirildi.
Aygün