Kənd Təsərrüfatı Nazirliyində islahatlar aparılmalıdır

Kənd Təsərrüfatı Nazirliyində ciddi islahatlar həyata keçirilmıəlidir. Bunu deyən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, bu sahəyə ayrılan vəsait özünü doğrultmur: "Kənd Təsərrüfatı Nazirliyi SSRİ zamanından qalan qurumdur. Bu nazirlikdə ciddi islahatlar aparılmalıdır. "2013-cü il büdcə layihəsindən kənd təsərrüfatı sektoruna 27 milyon manat ayrılıb. Hesab edirəm ki, bu rəqəm azdır. Ümumdaxili məhsulda kənd təsərrüfatının payı 5 faizidir. Bu sahəyə xüsusi diqqət yetirilməlidir". Vahid Əhmədov əlavə edib ki, kənd təsərrüfatı məhsullarının satılması ilə bağlı ciddi problemlər var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31