Səlim Müslümov BVF-in nümayəndə heyətini qəbul edib
14 Noyabr 2012 12:59 İqtisadiyyatDövlət Sosial Müdafiə Fondunda(DSMF) Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş olub. Bu barədə "OLAYLAR"a DSMF-dən məlumat verilib. Görüşdə qonaqlara son illər Azərbaycanın sığorta-pensiya sistemində görülən işlər barədə ətraflı məlumat verən fond sədri Səlim Müslümov bildirib ki, yaxın perspektivdə başlıca vəzifə sosial sığorta ödəyicilərinin tam qeydiyyata alınması və əmək haqlarının leqallaşdırılması yolu ilə Fondun maliyyə axınlarının gücləndirilməsindən ibarətdir. S.Müslümov məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edərək, bu sahədə problemləıin aradan qaldırılması üçün müvafiq dövlət qurumları ilə birgə işin aparıldığını vurğulayıb. Növbəti illərdə nəzərdə tutulan pensiya islahatlarına toxunan Fondun sədri "Əmək pensiyaları haqqında" və "Sosial sığorta haqqında" qanunlara bir sıra əlavə və dəyişikliklərin edilməsi üçün layihələrin hazırlandığını nəzərə çatdırıb.
BVF nümayəndə heyətinin rəhbəri cənab Raca Almarzogi Azərbaycanda beynəlxalq standartlara cavab verən sığorta-pensiya sisteminin qurulması istiqamətində Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi islahatlara təmsil etdiyi qurumun da hər zaman texniki yardım göstərməyə hazır olduğunu bildirib.