Millət vəkilindən dövlət qurumuna ittiham

"Azərbaycanda əmək haqlarının artırılması infilyasiya göstəricilərinə təsir edə bilər.  Hazırda əmək haqqının artımı ilə əlaqədar infilyasiyanın tənzimlənməsi istiqamətində heç bir ciddi tədbir görülmür.  Bunu deyən millət vəkili İlyas İsmayılovun sözlərinə görə, ölkədə qiymət artımının arxasında inhisarçılıq durur: "Ölkədə inhisarçılığın qarşısını almaq məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Lakin indiyə qədər bu qurum respublika miqyasında fəaliyyət göstərən nəhəng monopoliyaların qapılarına belə yanaşmağa cürət etməyib. Mətbuatda bu struktur haqqındakı məlumatların 90 faizi inhisarçı ilə yox, onun tərəfindən istehlak bazarında yararsız ərzaq məhsullarının aşkar edilməsilə bağlı olur. Ona görə inhisarçılıqıla bağlı daha ciddi tədbirlərin görülməsi üçün müstəqil struktur yaradılmalı və bu struktur dövlət başçısı tərəfindən dəstəklənməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31