Neft sektorunun payı iki dəfədən çox azalacaq
13 Noyabr 2012 16:36 İqtisadiyyatAzərbaycan iqtisadiyyatında neft sektorunun payı qarşıdakı 3 ildə iki dəfədən çox azalacaq. Bunu Milli Məclisdə 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, qarşıdakı üç il ərzində neft sektorunun payı 52,4%-dən 22,4%-ə düşəcək.Ş.Mustafayev əlavə edib ki, bu dövr ərzində qeyri-neft sektorunun payı müvafiq olaraq 47,6%-dən 77,6%-ə qədər artacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31