Gələn il orta aylıq əmək haqqı 440,3 manata çatacaq
13 Noyabr 2012 16:28 İqtisadiyyat2013-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı 3,9 faiz artaraq 440,3 manata çatacaq. Bu barədə məlumat verən iqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, bu gəstərici 2016-cı ildə 562,7 manata çatacağı proqnozlaşdırılır. Nazir əlavə edib ki, gələn il dövlət büdcəsindən sosialyönümlü layihələrə 5,1 milyard manat vəsait ayrlacaq. Təkcə Bakı şəhəri və ətraf kənd və qəsəbələrin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində 242 məktəb, 212 uşaq bağçası, 11 peşə məktəbi, 19 məktəbdənkənar müəssisəsi olmaqla ümumilikdə 484 müəssisənin təmiri və tikintisi başa çatdırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31