Gələn ilin infilyasiya göstəricisi açıqlandı
13 Noyabr 2012 15:24 İqtisadiyyatGələn il qeyri-neft sektorunda 11,7 faiz, növbəti 3 ildə 7 faiz artım gözlənilir. Bunu deyən iqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, nəticədə büdcədə qeyri-neft sektorunun çəkisi 47,6 faizdən 70 faizə qədər artacaq, neft sektoru 52 faizdən 29 faizə qədər enəcək. Gələn il 5,7 faiz inflyasiya gözlənilir. Nazir onu da bildirib ki, 2012-ci ildə 170 müəssisə yaradılıb, 470 müəssisənin yaradılması prosesi gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31