Gələn il daha çox borc qaytaracağıq
13 Noyabr 2012 15:24 İqtisadiyyatGələn ildən başlayaraq borclanmanın səviyyəsi aşağı enəcək. Bunu deyən Hesablama Palatasının sədri Heydər Əsədovun sözlərinə görə,
2013-cü ildə ilk dəfə olaraq dövlət büdcəsindən borclanmadan daha çox borcların qaytarılmasına vəsait yönəldiləcək: "Artıq aldığımız borcdan daha çox borc qaytaracağıq".Qeyd edək ki, 2013-cü ilin dövlət büdcəsindən ölkənin xarici borclarının qaytarılması məqsədilə 780,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31