Komitə sədri kənd təsərrüfati sahəsində islahatın aparılmasını təklif edir

"Azərbaycanda kənd təsərrüfatı sahəsində ciddi islahatların aparılmasına ehtiyac var". Bunu deyən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, bu sahəyə dövlət dəstəyinin artırılmasına ehtiyac var: "Avropa Birliyi ölkələrində aqrar sektora dəstəyin daha real xarakter daşıdığını söyləyib. Bununla paralel dotasiyanı, subsidiyalaşmanı da təkmilləşdirmək, ixtisaslı kadrların sayının artırılması lazımdır. Gəncə Kənd Təsərrüfatı İnstitutu sovetlər dövründə, 1980-cı illərdə təxminən 11 mindən artıq aqronom-zootexnik hazırlayıb. İndi isə bu məsələ havadan asılı vəziyyətdə qalıb. Bu, həqiqətən millətin gələcəyidir. Bu məsələyə mütləq dövlət dəstəyi lazımdır. Ölkəyə geni dəyişdirilmiş toxumlar, cinslər gəlir. Bunu balaca Kənd Təsərrüfatı Nazirliyinə tapşırmaq olmaz".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31