Maşınqayırma və yüngül sənaye inkişafdan qalır

"Yetişdirdiyimiz məhsulları vaxtında xarici bazarlara çatdırsaydıq, yerli xərclər arta, büdcədən dotasiyalar azala bilərdi". Bunu deyən millət vəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, real sektora diqqət yetirən, iş yerləri yaradan ölkələrdə sabitlik və inkişaf olur: " Maşınqayırma müəssisələri, Gəncə Traktor Zavodları və digərləri açılır. Bizim maşınqayırma sənayemiz büdcədə ayrıca blok halında əksini tapmalıdır. Azərbaycan kimi ölkədə maşınqayırmanın çəkisinin hələlik az olması təəssüf doğurur". Komitə sədri əlavə edib ki, yüngül sənayenin inkişafı da büdcə gəlirlərinin artmasına təkan verə bilər: "Azərbaycanda adambaşına 15 manatlıq yüngül sənaye məhsulu istehsal edilir. Bu göstərici gələn il 17 manat olacaq. Bu, çox aşağı rəqəmdir. Bu gün Azərbaycan xalqı geyinir, yeyir, deməli, bu növ məhsula tələbat və bazar var. Ona görə də yüngül sənayemizin inkişafını diqqət mərkəzində saxlamalıyıq".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31