Xəzər qazının bazara çıxışı
Məsələ İstanbulda müzakirə ediləcək
13 Noyabr 2012 12:40 İqtisadiyyatNoyabrın 14-də Valeh Ələsgərov ABŞ-ın Atlantik Şurasının təşkil etdiyi Enerji və İqtisadiyyat Sammitində iştirak etmək üçün İstanbula yola düşəcək. Bu barədə Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, "Dinamik regionda yeni imkanlar" mövzusuna həsr olunmuş bu toplantıda maliyyə böhranından inkişafa doğru, Xəzər qazının bazarlara çıxışı, enerji bazarı - təchizat, tələbat və siyasət, regional inkişafın istiqamətverici amilləri, İraqın regional əlaqələri, ABŞ-da seçkilər və xarici siyasətin nəticələri, İran ətrafında vəziyyət və digər mövzularda müzakirələr aparılacaq. Səfər noyabrın 17-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31