Kənd təsərrüfatı nazirləri Antaliyaya yığışır

2012-ci ilin 13-16 noyabr tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin yüksək vəzifəli şəxslərinin 4-cü iclası, 2-ci Donorlar Konfransı və kənd təsərrüfatı nazirlərinin 5-ci iclası keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, tədbirdə  nazir İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Artıq nümayəndə heyəti Türkiyə Respublikasının Antalya şəhərinə səfərə yola düşüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31