Paytaxtın şimal girişində avtomobil yolu genişləndirilir
İşlər davamlı olaraq mövcud yolun 3-4 metr genişləndirilməsi üçün həyata keçirilir
13 Noyabr 2012 19:17 İqtisadiyyatAzərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC tərəfindən Şimal istiqamətindən Bakıya giriş yolunda genişləndirmə işlərinə başlanılıb. ANS PRESS-in qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, işlər "20 Yanvar" metro stansiyası dairəsi yaxınlığında "Şamaxinka" adlanan ərazidə Bakı Beynəlxalq Avtovağzalı istiqamətində ümumi uzunluğu 134 metr məsafədə, tunelin üst hissəsində aparılır.
İşlər davamlı olaraq mövcud yolun 3-4 metr genişləndirilməsi üçün həyata keçirilir. Yolun genişlənməsi ilə bərabər, yolun bu hissəsində avtomobillərin dönmə əməliyyatı sxeminin də dəyişdirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu işlər Bakı şəhərinə daxil olan və eyni zamanda şəhəri tərk edən nəqliyyat vasitələrinin sayını və intensivliyini nəzərə alaraq, paytaxt ətrafında tıxac probleminin qarşısını almaq məqsədilə həyata keçirilir.