Fazil Məmmədov Fransa səfiri ilə görüşüb

Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönieni qəbul edib. Bu barədə nazirliyin Analitik informasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, görüşdə nazir F.Məmmədov Azərbaycanda həyata keçirilən vergi islahatları,  vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi sahəsində əldə edilmiş   nailiyyətlər, vergi ödəyicilərinə göstərilən elektron xidmətlər barədə də qonağa ətraflı məlumat verib, Fransanın və Azərbaycanın vergi administrasiyaları arasında kifayət qədər sıx əlaqələr olduğunu bildirib. Görüşdən məmnun qaldığını qeyd edilən səfir Paskal Mönie Azərbaycanla Fransa arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün real imkanlar olduğunu, Azərbaycanda fəaliyyət göstərəcəyi dövrdə ölkələrimiz arasında  ticarət dövriyyəsinin artırılmasına öz töhfəsini verməyə çalışacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31