Müdafiə xərcləri büdcənin 13,6 faizini təşkil edəcək

2013-cü ildə ölkənin milli təhlükəsizliyi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün dövlət büdcəsi xərclərinin 13,6 faiz həcmində vəsaitin ayrılması  nəzərdə tutlur. Bu barədə Maliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bu xərclərə maddi-texniki bazanın möhkəmləndirilməsi də daxildir. Həmçinin məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanması xərcləri dövlət büdcəsi xərclərinin 5,5 fazini təşkil edəcək. Konkret olaraq məhkəmə sisteminin saxlanması xərcləri məqsədilə 58,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31