Gələn il də infilyasiya birrəqəmli olacaq

İqtisadi İnkişaf Nzirliyinin proqnozuna əsasən 2013-cü ildə Azərbaycanda infilyasiyanın həcmi 5,7 faiz təşkil edəcək. Bu göstərici cari il üçün 4,7 faiz təşkil edir. Maliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, 2012-ci ilin yanvar-iyul aylarında infilyasiya əvvəlki ililn müvafiq dövrü ilə müqayisədə 2 faiz təşkil edib. Bu göstərici ərzaq məhsulları üzrə 2,3, qeyri-ərzaq malları üzrə 1,3, xidmətlər üzrə isə 1,6 faiz olub. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2012-ci ildə Azərbaycanda orta illik infilyasiya 5,6 faiz təşkil edəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31