Azərbaycanda 1 271 210 nəfər əmək pensiyası alır

2012-ci ilin oktyabrın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 271 210  nəfər təşkil edir. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqlələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, onlardan 63, 1 faizi yaşa,  26,5 faizi əlilliyə, 10,4 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır. Cəmi əmək pensiyası alan şəxslərin  39,3 faizi kişilərdən, 60,7 faizi isə qadınlardan ibarətdir. Cari ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 151,19 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,54 manat təşkil edir. Məlumatda o da bildirilir ki, son illər həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb. Bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edir.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31