Oktyabrda BTC ilə 2,1 milyon ton Azərbaycan nefti nəql olunub

2012-ci ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 164 min 305 ton Azərbaycan nefti nəql olunub. ARDNŞ-dən "Azadinform"a verilən məıumata görə, cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 25 milyon 90 min 26 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il noyabr ayının 1-ə qədər BTC-yə 200 milyon 867 min 726 ton neft vurulub.
Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə 285 min 332 ton Türkmənistan nefti nəql olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31