Yerli tekstil sənayesinin problemləri haqda - ANALİZ
8 Noyabr 2012 13:24 İqtisadiyyatYaxın keçmişdə Azərbaycanin tekstil sənayesi iqtisadiyyatın əsas sahələrindən hesab edilirdi. Bu gün isə bu sahə demək olar ki, cox zəif inkişaf edir.
Azərbaycanda tekstil biznesi üç sektorla tərənnüm olunub: toxuculuq (85 müəssisə), geyim istehsalı (90 müəssisə), dəri, dəri məmulatları, ayaqqabı istehsalı (21 müəssisə).
Vaxt var idi, əhalinin 20-30 faizi bu sahədə çalışırdı. Lakin SSRİ dağıldıqdan sonra bu sahə xeyli azaldılmışdı və müvafiq olaraq ÜDM-in inkişafı sahəsində aktiv mövqeyini itirmişdi. Yazırda Azərbaycanın bütün tekstil müəssisələri cüzi gəlirlə işləyirlər, buna görə də tekstil biznesinin rentabelliyindən hələ söhbət gedə bilməz.
Bir çox fabriklər gəlir olmadığından fəaliyyətini tamamilə dayandırıb. İşləyən müəssisələr isə tender təklifləri ilə gəlir əldə etmək fürsətini əldən vermirlər.
Buna baxmayaraq, əhalinin tekstil mallara tələbatı böyükdür. Belə çıxır ki, tələbat var, istehsal üçün isə imkan yoxdur.
Mütəxəssislərin fikrincə, bunun bir çox səbəbi var.
Birincisi, yeni texnologiyalar və istehsalatın bərpası üçün vəsait yoxdur. Müvafiq olaraq yeni keyfiyyətli mal da yoxdur. Tekstil avadanlıq da köynəlib. Hələ 70-80-ci illərdə tekstil sənayesi pik nöqtəsində idi. Bu sahə SSRİ-nin bir çox respublikalarında, Rusiya da daxil olmaqla, böyük gəlir gətirirdi. STB, ATPR və digər dəzgahlar bütün gücü ilə çaləşdırılırdı. Hazırda bütün bu avadanlıqlar köhnəlib. Yeni texnologiyaların bərpası üçün yeni avadanlıq olmalıdır.
Belə bir sual meydana gəlir, bu cür səyyar şəraitdə rəqabətliliyə nail olmaq olarmı?
Axı biz istehlakçı və potensial alıcı olaraq görürük ki, piştaxtalarda digər ölkələrin tekstil malları satılır. Deməli, burada rəqabət var.
Bazar iqtisadiyyatı Azərbaycanın tekstil bazarını İran, Çin, Türkiyə mallarının istehsalçılarının ixtiyarına verib. Buna görə də, yerli istehsalçılara bizim bazarda güclü rəqabətə tab gətirmək çox çətindir.
Məsələn, Çində parça istehsalı Azərbaycanın bu sahədə istehsalını yüz dəfələrlə üstələyir. Buna görə də Çində parça istehsalı bizim ölkədən daha ucuz başa gəlir.
Azərbaycanın iqtisadi ekspertlərinin fikrincə, bizim ölkədə tekstil sənayesinin inkişafı üçün bütün potensial var, çünki bizdə lazım olan əmək resursları var.
Ölkədə xammal potensialı da (pambıq, ipək, yun və digər resurslar) mövcuddur. İnfrastruktur Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Şəkidə və digər şəhərlərdə mövcuddur. Yüngül sənaye müəssisələri sovet dönəmində tikiliblər və avadanlıd qa o vaxtdan istismardadır. Problem həm də ondadır ki, müəssisələr tam gücü ilə işləmir və tekstil sənayesi məhsullarının həcmi bizim potensiala uygun deyil.
Buna baxmayaraq mütəxəssislər hesab edir ki, vəziyyətdən çıxış yolu var. Onların fikrincə, kritik vəziyyətdən çıxmaq üçün xarici şirkətlərin cəlb edilməsi vacibdir. Bu cür imkanları yalnız bizim tekstil məhsulumuzu beynəlxalq bazara ixrac aça bilər.
Eyni zamanda iqtisadi məqsədəuyğunluq nöqteyi-nəzərindən bu yeni iş yerlərinin açılması baxımından və ölkədə, xüsusən də regionlarda işsizliyin azaldılmasında sərfəlidir.
Ekspertlərin fikrincə, bu metodun tətbiqi maliyyə tərəfdən də əlverişlidir. Çünki ölkənin valyuta gəlirlərinin artmasına gətirə bilər. Misal olaraq Türkiyəni göstərmək olar. Bu ölkədə tekstil sənayesi və tekstil biznesi çox inkişaf edib. Türkiyə hökuməti bu məsələyə savadlı və sərfəli tərəfdən yanaşıb. Orada azad iqtisadi zonalar yaradılıb. Bu zonalara ucuz işçi qüvvəsi yönəldilir. Müasir metodlar vasitəsilə və yeni texnologiyanın istifadə edilməsi ilə müəssisələrdə dünya bazarına ixrac ediləcək dərəcədə keyfiyyətli məhsul hazırlanır.
Ötən əsrin 70-ci illərinin statistik arxivinə nəzər salsaq görərik ki, 1975-ci ildə bu sahədə gəlirin illik həcmi ölkə üzrə 53 milyon rubl, rentabellik səviyyəsi isə 14,3 faiz təşkil edib.
Sonrakı illərdə bu göstəricilər müvafiq olaraq 30,9 milyon rubl və 6-7 faiz aşagı düşüb. Lakin hələ də bəzi mütəxəssislər hesab edirlər ki, sənayenin bu sahəsinin texniki-iqtisadi göstəricilərinin aşagı olma səbəbi istehsalın idarə edilməsi və təşkilindəki bəzi nöqsanlarla baglıdır və daxili xarakter daşıyır.
N.Babayeva