İran neft ixracatını azaldacaq
Doqquz ayda İranın neft hasilatı üç dəfəyə qədər azalıb
8 Noyabr 2012 13:05 İqtisadiyyatİran qərbin sanksiyaları ilə bağlı olaraq xaricə neft ixracağtını 30 faizdən artıq azaltmaq niyyətindədir. ANS PRESS "Fars" informasiya agentliyinə istinadən bildirir ki, bu barədə İran parlamenti tərəfindən qanun layihəsi hazırlanıb.
Layihədə bildirilir ki, İslam Respublikasının əsas məqsədi müasir dünyanın gerçəklikləri çərçivəsində milli müstəqilliyin qorunmasıdır.
Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, İranın günlük neft hasilatı 2011-ci ilin sonundakı 2,2 mln barrel səviyyəsindən bu ilin sentyabr ayında 860 min barrel səviyyəsinə düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31