Bakıya 400 ədəd avtobus gətirilib
8 Noyabr 2012 12:20 İqtisadiyyatNazir deyib ki, 2012-ci ilin 9 ayı ərzində paytaxtda 400 ədəd yeni iri və orta tutumlu avtobus və 1000 ədəd "London taksi"ləri olmaqla, 1085 ədəd yeni taksi minik avtomobilləri gətirilərək istismara verilib. "OLAYLAR"-ın məlumatına görə, bu fikirləri yap.org.az saytına müsahibədə nəqliyyat naziri Ziya Məmmədov səsləndirib. Nazir bildirib ki, göstərilən müddət ərzində Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq Sazişi çərçivəsində Çin tərəfindən ayrılmış texniki yardımlar hesabına ölkəmizə kommunal xidmət təyinatlı 163 nəqliyyat vasitəsinin gətirilməsi təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31