195 Telefon Məlumat Xidmətinə 23974 müraciət daxil olub
8 Noyabr 2012 12:10 İqtisadiyyat2012-ci ilin oktyabr ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 23974 müraciət daxil olub. Bu barədə nazirliyin Analitik-informasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, avtomatik rejimdə fəaliyyət zamanı edilən müraciətlərin sayı 11722, canlı əlaqə zamanı cavablandırılan müraciətlərin sayı isə 12252 ədəd təşkil edib. Hesabat dövründə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən 11803 sual cavablandırılıb. Bu suallar əsasən elektron xidmətlər (26,1%), qeydiyyat (12,3%), vergi növləri (11,7%), hesabatlar və onların doldurulma qaydaları (10,4%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (7,8%) barədə olub. Oktyabr ayında Telefon Məlumat Xidməti tərəfindən 42535 halda vergi ödəyiciləri SMS vasitəsilə məlumatlandırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 % çoxdur.