Yunanıstandakı böhran həll edirməsə...

Avropa iqtisadiyyatı çökəcək

Yunanıstanda hələ də koalisiya hökümətinin qurulmaması Avropa banklarının hissə sənədlərinin ucuzlaşmasına səbəb olur. Çünki Yunanıstan hökümətinin ölkə iqtisadiyyatını dircəltməsi üçün banklardan alınan milyardlarla avro risk altındadır.  Qeyd edək ki, Yunanıstanda hələ də koalisiya hökümətinin qurulmamasına səbəb Syriza partiyasıdır. Yunanıstan prezidenti Karolos Papulyas yeni koalisiyanın qurulması üçün yenidən ölkənin 4 ən böyük partiyasını danışıqlar üçün prezident sarayına dəvət etmişdi. Artıq məsələnin həll edilməməsi Avropanın İbex bank, Cac bank, Credit Agricole, Banco Santarder və Bankia kimi nəhəng banklarının hissə sənədlərini orta hesabla 4 faiz dəyər itirməsinə səbəb olub. Bu böhran neftin qiymətindən də yan keçməyib, Brend markalı xam neft 1 dollar 69 sent ucuzlaşıb, ABŞ - ın xam nefti də 1 dollar 86 sent ucuzlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31