Qadınların pensiya yaşı 6 ay artırılır

Noyabrın 7-də Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilib. İclasda Dövlət Soaial Müdafiə Föndunun 2013-cü il üçün büdcə layihəsi müzakirə edilib. Layihə barədə məlumat verən DSMF sədri Cəlim Müslümov bildirib ki,  gələn il ölkədə pensiya alanların ümumi sayı 1 milyon 279 min nəfərə çatacaq ki, bu göstərici cari ildən 1001 nəfər artıqdır. Fondun büdcə gəlirləri və xərcləri isə 2 milyard 632,7 milyon manat təşkil edəcək. Bu göstərici 2012-si ildən 178,4 milyon manat artıqdır. Fondun gəlirlərinin 2 milyard 513 milyon manatı pensiyaların, 7- milyon manatı isə müavinətlərin ödənilməsinə yönəldiləcək. Gələn il pensiyaların orta məbləği 163 manat təşkil edəcək. Fond sədri bildirib ki, növbəti ildə kişilər 63, qadınlar isə 59 yaşında pensiyaya çıxacaqlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31