Samir Şərifov: “Siyasi partiyalara ayrılan vəsaitn artırılmasına yenidən baxıla bilər”

2013-cü ilin dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitin artırılması məsələsinə baxıla bilər. Bunu deyən maliyyə naziri Samir Şərifovun sözlərinə görə, nəzərdə tutulan 2 milyon manat son hədd deyil: "Bu məqsədlə nəzərdə tutulan vəsaitin nə qədər artırılmasına baxmayaraq onun 10 faizi kənarda qalır. Belə bir qanun Milli Məclisdə qəbul edilib. Qanunvericilikdə siyasi partiyalara ayrılan vəsaitin bölüşdürülməsi mexanizmi müəyyən edilib. Qalır vəsaitin ayrılmasına, ona da yenidən baxıla bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31