Ali təhsilə az vəsaitin ayrılması səbəbi açıqlandı
7 Noyabr 2012 17:05 İqtisadiyyat"Gələn ilin dövlət büdcəsindən ali təhsilə ayrılan vəsaitin azalması təbii qəbul edilməlidir". Bunu deyən maliyyə naziri Samir Şərifovun sözlərinə görə, buna səbəb ali təhsilin yeni sistemə keçməsidir: "Artıq Azərbaycanda 3 ildir ki, ali təhsil sahəsində adambaşına maliyyələşdirmə sisteminə keçilib. Ona görə vəsait yalnız dövlət sifarişi ilə qəbil olunan tələbələrin sayına görə ödənilir. Bu isə ali təhsilə ayrılan vəsaitin azalmasına səbəb olur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31