Azərbaycandakı qaz anbarlarından birində yeni quyunun qazılmasına başlanılıb
7 Noyabr 2012 19:12 İqtisadiyyatARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü Qalmaz yeraltı qaz anbarında yeni layihə əsasında tikilən qazpaylayıcı məntəqəni açıb.
Açılış mərasimində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev başda olmaqla şirkətin rəhbərliyi iştirak edib. Abdullayev məntəqədə yeni quyunun qazılmasına başlandığını göstərən düyməni basıb.
1975-ci ildən "Qalmaz" yatağından yeraltı qaz anbarı kimi istifadə olunur. Qaz anbarının ARDNŞ-nin tərkibinə verildiyi andan burada qazın vurulması gücü əvvəlki il ərzində 500 milyon kubmertə nisbətən iki dəfə artıb.
Qaz anbarının kompressor stansiyalarında kompressorların miqdarı artırılaraq 18 ədədə qədər artırılıb və nəticədə qazın vurulmasının gündəlik həcmi dörd milyon kub metr artaraq 8,5 milyon kubmetrə çatdırılıb.
Habelə Abdullayev çərşənbə günü Qaradağ yeraltı qaz anbarında da olub və orada 477 saylı yeni quyunun qazılmasına hazırlıq prosesi ilə tanış olub.
Quyunun layihə dərinliyi 3650 metr təşkil edir. Quyunun qazılması üçün beş min metrə qədər dərinlikdə qazmanı həyata keçirməyə imkan verən müasir qazma qurğusundan istifadə ediləcək.
Plana uyğun olaraq, birinci mərhələdə Qaradağ qaz anbarında aktiv qazın həcminin üç milyard kubmetrə, sonrakı mərhələdə beş milyard kubmetrə çatdırılması planlaşdırılır.