"Şahdəniz" üzrə tərəfdaşlar TANAP-da iştirak üzrə ilkin təkliflərini təqdim ediblər

Azərbaycanın "Şahdəniz" qaz kondensat yatağının işlənmə layihəsi üzrə tərəfdaşları Trans Anadolu qaz kəməri (TANAP) layihəsində iştirak payının əldə olunması ilə bağlı öz ilkin niyyətlərini təqdim ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, ilkin rəqəmlər hələlik rəsmi deyil, lakin onlara uyğun olaraq tərəfdaşlar TANAP layihəsində iştirakın 29 faizini aşağıdakı kimi paylaşmaq niyyətindədirlər: Statoil və BP - hər biri 12 faiz, Total - beş faiz.
Hazırda Türkiyənin BOTAŞ şirkəti TANAP layihəsində 20, ARDNŞ isə 80 faizlik paya malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31