İnsanlar ipoteka kreditundən yararlana bilmirlər

Gələn ilin dövlət büdcəsində ipoteka kreditləri üçün nəzərdə tutlan 40 milyon manat vəsait azdır. Bu məqsəd üçün nəzərdə tutlan vəsaitin həcmi artıtılmalıdır". Bunu deyən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, ipoteka kreditlərinin şərtləri ağır olduğundan bütün vətəndaşlar bundan yararlana bilmir: "İpoteka kreditində faizlər və müddət məsələsinə yenidən baxılmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda kifayət qədər boş evlər və ona tələbat var. Lakin şərtlər ağır oilduğundan insanlar həmin evləri ala bilmirlər. İpoteka kreditində son məbləğ 30 min manat nəzərdə titlur. Bakıda isə 50 mindən aşağı ev almaq mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31